Dərc edildi: Baxış sayı: 557
İnternetdə yeni iPhone-un ilk renderi yayıldı
2019-Cu ilin sentyabr ayında təqdim olunacaq telefon yəqin ki, üçlü kameraya malik olacaq.
Şəbəkədə ilkin məlumatlara əsasən 2019-cu ilin sentyabr ayında təqdim olunacaq iPhone-un ilk şəkilləri yayıldı. Digit.in portalı xəbər verir ki, yeni model arxa paneldə üçlü kameraya malik olacaq.
Portal şəkli mobil texnologiyalar dünyasından informasiya sızması üzrə ixtisaslaşan OnLeaks Twitter hesabı ilə əməkdaşlığın sayəsində əldə edə bilib.
Təsdiqlənməmiş məlumatlara əsasən, Apple bu ilin payızında üç - bir ucuz və iki lüks smartfon təqdim edəcək. Bununla belə OnLeaks hesabının müəllifi vurğulayır ki, relizə qədər yenə də dəyişə bilər.
Mənbə: 5-tv.ru
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət