Dərc edildi: Baxış sayı: 569
İnternetdə pul bonusu vəd edən yalançı elan və ismarıcların sayı artıb
İnternetdə skam, yəni böyük pul bonusu vəd edən yalançı elan və ismarıcların sayı 2019-cu ildə xeyli artıb.
“Report” “KasperskyLab”ın məlumatına istinadən xəbər verir ki, qarşısı alınan skama keçmək cəhdlərinin sayı 2018-ci ilə nisbətən 13 dəfə çoxdur.
Skam əsas etibarilə iri şirkətlərin keçirdiyi müxtəlif aksiyalarda, rəy sorğusunda iştirak etməyə görə bonus, yaxud sosial müavinət vədi şəklində göndərilir. Qondarma məbləği almaq üçün komisyon haqqı ödəmək təklif olunur və beləliklə istifadəçinin hesab nömrələri dələduzların əlinə keçir.
Cari ildə bu cür dələduzlar e-posta ilə yanaşı, sosial şəbəkələrdən, bloqlardan, video-servislərindən də istifadə etməyə başlayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət