İnternet nə üçün ucuzlaşmır? – Səbəb açıqlandı
“Ölkədə internet bazarının 50 %-i dövlət provayderlərinin, “Aztelekom” və “Baktelekom”un nəzarətindədir”.
Bu sözləri Lent.az-ın suallarını cavablayarkən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O bildirib ki, “Delta Telekom LTD” internetin topdan satış qiymətlərini 70 % endirdiyi üçün, provayderlər də pərakəndə satış qiymətlərini endirməli, ya da əvvəlki qiymətlə daha yüksək sürət təqdim etməlidirlər:
Daha doğrusu hamı səbirsizliklə NRYTN-ni gözləyir ki, görək 70% endirimə nə reaksiya verəcəklər. Hələlik bu dövlət qurumunun isə bununla bağlı rəsmi açıqlaması yoxdur. Bunun üçün də qəribə situasiya yaranıb. Biz də NRYTN-nin cavabını gözləyirik”.
Qeyd edək ki, sözügedən mövzu ilə bağlı olaraq Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə sorğu göndərsək də, hələ cavab verilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət