Slimfit
  1. TEXNOLOGİYA

İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu müəyyənləşdirilib

İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu müəyyənləşdirilib
Sakura

İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu müəyyənləşdirilib

İnternet istifadəçilərinin yoluxdurulmasının ən populyar üsulu elektron poçtla məktub göndərilməsi, daha dəqiq isə bərkidilmiş fayl şəklində olan arxivlərdir. Bu haqda “Group-IB” şirkətinin mətbuat xidmətindən məlumat verilib.

ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, cinayətkarlar təhlükəsizlik sistemlərinə müdaxilə üçün mütəmadi olaraq arxiv (əksər hallarda “zip” və “rar”) formatından istifadə etməyə başlayıblar. Təhlükəli faylların yüklənməsi üçün linklər, həmçinin populyar yoluxdurma üsulu olaraq qalır, amma məktuba bərkidilmiş sənədlər öndədir. Virusların yalnız 29%-i elektron məktublarla göndərilən linklərin, 71%-i isə bərkidilmiş faylların payına düşür.

Hakerlər antivirus sistemlərini aldatmaq üsulunu tapıblar: məktubun iş saatından sonra göndərilməsi və linkin müvəqqəti olaraq əlçatmazlığı. Belə məktub təhlükəsiz kimi qəbul edilir və göndərilir. Bundan sonra cinayətkarlar linki aktivləşdirərək kompüterin yoluxdurulması riskini artırmış olurlar.

Mütəxəssislərin məlumatına görə, zərərverici proqram təminatının yalnız hər 19-cu yüklənməsi elektron poçt göndərişi ilə bağlı deyil. Araşdırma 2019-cu ilin birinci yarımilliyində dünyanın 60 ölkəsindən alınmış məlumatlar əsasında tərtib edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fasilə zamanı.

Redaktor seçimi

SON XƏBƏRLƏR