Slimfit
  1. TEXNOLOGİYA

İnternet istifadəçiləri böyük təhlükədə: Artıq heç nə əvvəlki kimi olmayacaq

İnternet istifadəçiləri böyük təhlükədə: Artıq heç nə əvvəlki kimi olmayacaq
Sakura

İnternet istifadəçiləri böyük təhlükədə: Artıq heç nə əvvəlki kimi olmayacaq

Qrinin sözlərinə görə, əgər istifadəçi “Gmail” və “Youtube” daxil olmaqla “Google”-un istənilən xidmətinə daxil olursa, onlar avtomatik olaraq qeydiyyatdan keçir

 “Google Chrome” brauzerinin yenilənməsi istifadəçiləri təhlükə qarşısında qoyub.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, təhlükəsizlik və kriptoqrafiya tədqiqatçısı Metyu Qrin, Google Chrome-da yeni xüsusiyyəti aşkar edib. Belə ki, yeni versiyada istifadəçiyə məlumat verilmədən avtomatik olaraq qeydiyyat aparılır.

 

Qrinin sözlərinə görə, əgər istifadəçi “Gmail” və “Youtube” daxil olmaqla “Google”-un istənilən xidmətinə daxil olursa, onlar avtomatik olaraq qeydiyyatdan keçir.

Bu, istifadəçilərin məlumatlarını “Chrome” və şirkətin digər məhsulları arasında sinxronizasiya edərək, bütün ziyarət tarixini texnologiya nəhənginin serverlərinə ötürür. Ekspert əmindir ki, bu dəyişikliklər “Google”-dan brauzer istifadəçilərinin məxfiliyinə təhlükə yaradır.

Daha əvvəl, xidmət “Chrome” istifadəçilərinə şəxsi “Google” hesabına daxil olmadan veb-səhifələrə baxmağa icazə verirdi. Bunun sayəsində bu brauzerdən istifadə edən insanlar giriş tarixlərinin şəxsi səhifəyə göndəriləcəyindən və “Google” serverlərinə getməyəcəyindən narahat deyildi.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR