Dərc edildi: Baxış sayı: 468
"İnter" 92-ci dəqiqədə vurduğu qolla "Milan"ı məğlub edib
Futbol üzrə İtaliya çempionatının IX turunda "İnter" öz meydanında"Milan"ı qəbul edib.
“Report” xəbər verir ki, "San-Siro"da baş tutan görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qalib komandanın yeganə qolunu 90+2-ci dəqiqədə argentinalı forvard Mario İkardi vurub.
Hazırda "İnter" 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb, "Milan" isə (12) 12-cidir.
İtaliya – A Seriyası. 9-cu tur
"İnter" – "Milan" -1:0
Qol: 1:0 – İkardi – 90+2
Bundan əvvəl "Yuventus" öz meydanında "Cenoa"nı məğlub edə bilməyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət