Slimfit
  1. TEXNOLOGİYA

“Intel”in prosessorları ilə işləyən milyonlarla kompüter təhdid altındadır

“Intel”in prosessorları ilə işləyən milyonlarla kompüter təhdid altındadır
Sakura

“Intel”in prosessorları ilə işləyən milyonlarla kompüter təhdid altındadır

2011-ci ildən sonra çıxarılmış bütün “Intel” prosessorlarında “ZombieLoad” adlı boşluq tapılıb. Sözügedən boşluqdan istifadəçilərin məlumatını oğurlamaq üçün istifadə etmək mümkündür. “Intel” rəhbərliyi bu məlumatı təsdiq edib.

ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, hücum “Intel” çipinin mikrokodunda aşkar edilmiş 4 səhvin köməyi ilə həyata keçirilir. Boşluq 2018-ci ildə aşkar edilmiş “Meltdown” və “Spectre”i xatırladır.

"ZombieLoad hücumu məxfi məlumatları və açarları oğurlamağa imkan verir” – boşluğu aşkar etmiş tədqiqatçılar yazırlar. Bu, istifadəçinin fərdi məlumatları (brauzerin tarixçəsi, veb-saytların tərkibi, parollar), həm də sistem məlumatları (diskin şifrlənmə açarları) ola bilər.

 “Apple”, “Microsoft” və “Google” şirkətləri artıq bu boşluğu aradan qaldıran yeniləmələr çıxarıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR