Slimfit
  1. TEXNOLOGİYA

Intel Whiskey Lake və Amber Lake prosessorlarını təqdim etdi

Intel Whiskey Lake və Amber Lake prosessorlarını təqdim etdi
Sakura

Intel Whiskey Lake və Amber Lake prosessorlarını təqdim etdi

Intel şirkəti dünən Whiskey Lake və Amber Lake kod adı altında iki yeni nəsil prosessorları rəsmi olaraq təqdim etdi. Onlara aşağı enerji sərfiyyatlı mobil prosessorlar daxildir: Amber Lake ailəsinə Y sinfinə aid (5Vt-a qədər TDP) ən qənaətcil prosessorlar, Whiskey Lake ailəsinə isə U sinfinə aid (15Vt-a qədər TDP) yeniliklər daxil oldu.

Intel şirkətinin Whiskey Lake və Amber Lake kod adı altında prosessorlar hazırlaması çoxdan məlumdur və əvvəlcədən təxmin edilirdi ki, onlar onuncu nəsil Core prosessorları sırasına daxil olacaq. Amma son nəticədə şirkətdə hesab etdilər ki, onları Kaby Lake Refresh model sırasındakı yeniliklərin hesabına genişləndirərək səkkizinci nəsilə aid etmək daha məntiqlidir. Bu da qanunauyğundur, çünki yeni çiplərdə əvvəlkilərə nisbətən olan dəyişikliklər elə də əhəmiyyətli deyil.

Amber Lake-Y seriyasında üç ədəd iki nüvəli prosessor, Whiskey Lake-U seriyasında isə bir ədəd iki nüvəli və iki ədəd dörd nüvəli model təqdim olundu. Bütün altı halda Intel Hyper-Threading çoxaxınlılıq texnologiyasının dəstəyi var. Bir il əvvəl buraxılmış Kabe Lake Refresh prosessorlarından Whiskey Lake-U prosessorları ancaq daha yüksək iş tezlikləri ilə fərqlənirlər.

Xatırladaq ki, Intel hələlik 10nm prosessorların kütləvi istehsalına başlaya bilmir. İndi 10nm prosessorlardan ancaq Cannon Lake nəslindən bir model - Core i3-8121U buraxılır ki, o da iki nüvəyə malikdir, daxili qrafikadan məhrum edilib və çox az sayda buraxılır. Buna görə də şirkət köhnə yarımkeçirici texnologiyalarından istifadə edərək kütləvi yeniliklər buraxmaqda davam edir. Əslində, Whiskey Lake və Amber Lake Kaby Lake prosessorlarının növbəti yenilənmiş versiyalarıdır. Onlar təkmilləşdirilmiş 14nm texniki proseslə buraxılır və tezliklərin artırılması ancaq köhnə texnologiyanın intensiv optimallaşdırması nəticəsidir.

Daha çox diqqəti Intel yeni prosessorlarla birlikdə buraxılan yeni mobil çipsetə ayırır. Şirkətin sözlərinə görə, o simsiz şəbəkələrə bağlanma imkanlarının yaxşılaşdırılmasına diqqət yetirilməklə hazırlanıb. Əsas innovasiyalardan biri onda Wi-Fi 802.11ac qiqabit kontrollerinin olması oldu ki, o da 2x2 anten və 160Mhz kanaldan istifadə edərək 1,73Qbit/s-ə qədər məlumat ötürməsi sürətini təmin etməyə qadirdir. Həmçinin yeni çipset indi daxili USB 3.1 Gen2 kontrollerini və səslə iş üçün ayrılmış dörd nüvəli rəqəmsal siqnal prosessorunu təklif edir.

İstehsalçının sözlərinə görə, Whiskey Lake-U platforması Şəbəkədə iş zamanı 1,8 dəfə daha yaxşı və beş il əvvəlki sistemlərlə müqayisədə 2 dəfə daha artıq məhsuldarlığı təmin edir. (Intel yeni dörd nüvəli Core i5-8265U prosessorlu sistemi iki nüvəli Core i5-4200U prosessorlu sistemlə müqayisə edib). Kabe Lake Refresh prosessorları ilə müqayisədə məhsuldarlığın ən azı 10% artımına söz verilib.

Həmçinin qeyd olunur ki, yeni platforma 12 dəfə daha sürətli simsiz bağlantını və 10,5 dəfə daha sürətli video yenidən kodlaşdırılmasını təmin edir. Eyni zamanda Whiskey Lake platforması avtonomluğun növbəti yaxşılaşdırılmasını vəd edir: bir doldurmada noutbukun işləmə vaxtı adi yüklənmə zamanı 16-19 saata artırılmalıdır.

İstehsalçılar bu həftə Whiskey Lake-U, həmçinin Amber Lake-Y prosessorları ilə işləyən noutbuklar və planşetlər təqdim etməlidirlər. Yenilik satışa sentyabr ayında çıxarılacaq.

 

Mənbə: 3dnews.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bütün qəzaların 80%-i 65km/s sürətdə baş verir

Redaktor seçimi

SON XƏBƏRLƏR