Dərc edildi: Baxış sayı: 662
“Intel” 56 nüvəli prosessor təqdim edib
“Intel” şirkəti yeni “Xeon” server prosessorlarını təqdim edib. Yeni istehsal xəttinin ən güclü prosessoru olan “Platinum 9200” 56 nüvə və 112 axına malikdir.
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, “Advanced Performance” (AP) adlandırılmış yeni istehsal xəttinə 4 çip daxildir: 9221, 9222, 9242 və 9282. “Xeon Scalable Processor”dan fərqli olaraq yeni həll bir prosessor modulunda 2 ədəd “Cascade Lake” hesablama kristalı var. Yeni həll superkompüterlər, süni intellekt məsələlərinin həlləri və geniş təhlil üçün hazırlanıb.
Emil Hüseynov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət