Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İnsultun əlamətləri

İnsultun əlamətləri
Sakura

İnsultun əlamətləri

İnsultun bir çox növləri var. Bunlar arasında ən çox yayılanı və bir o qədər də təhlükəli hesab ediləni işemik insultdur (beyin infarktı). Ümumən götürdükdə işemik insult zamanı insanda qəflətən bir tərəfli dəyişiklik müşahidə edilir. Bədənin simmetrik düzgünlüyü pozulur. Əsasən qadınlar bu prosesi olduqca gizli və kəskin şəkildə keçirir. Bəs işemik insultun ilkin simptomları hansılardır? Hansı əlamətlər həyəcan təbilini xatırladır?

Publika.az sizi bu əlamətlər zamanı diqqətli olmağa çağırır:

İşemik insult əsasən arterial təzyiqin kəskin artması səbəbindən baş verir. Yüksək təzyiqə davam gətirməyən qan damarlarda cırılmaya səbəb olur və qan sürətlə beyin damarlarına dolmağa başlayır. Qanın beyin qişalarına dolması təxminən 2 dəqiqə vaxt alır. Nəticə həmin bölgədə inkişaf etməyə başlayan ödəm beyin qişalarını sıradan çıxarır.

Əsas risk amillərinə daxildir:

Yüksək təzyiq

Şəkərli diabet

Ürəyin müxtəlif xəstəlikləri

Siqaretə meyllilik

Piylənmə

Qanda yüksək xolesterin miqdarı

Alkoqol

Stress

Normadan artıq passivlik

İşemik insultun ilkin əlamətlərini özünüzdə hiss edirsizsə, dərhal həkimə müraciət edin:

1. Kəskin baş ağrısı. Qəfil bir nöqtədən başlayan güclü ağrılar və ürəkbulanması.

2. Görmənin itməsi. Bir anda gözləriniz qaralırsa, görmə itiliyinizi itirirsizsə və gözünüzə müxtəlif ləkələr görünürsə, dərhal təcili tibbi yardım çağrılmalıdır.

3. Tez-tez hıçqırıq. Kəskin ağrılar zamanı sizi hıçqırıq tutursa, bu, insult əlaməti hesab edilir.

4. Şüurun anidən itməsi. Qarşıdakı insanı tanıya bilmirsizsə, bu unutqanlıq və ya beyin yorğunluğu olmaya bilər.

5. Gülümsəmə. İnsult zamanı təbəssüm edərkən dodaqların bir ucu yuxarı əvəzinə aşağı yönələ bilər.

6. Danışıq. Sadə bir cümləni ifadə etməkdə çətinlik yaranarsa.

7. Fiziki hərəkətlərdə məhdudiyyət. Hər iki əlinizdə və ayağınızda keyimə, qıcolma və ya yuxarı qaldırarkən tarazlığın pozulması müşahidə edilirsə.

8. Dilinizə diqqət edin. Dilinizi çölə çıxarakən onun əyri və ya birtərəfli meyilləndiyinə diqqət edin.

9. Ovuclarınızla gözlərinizi bağlayın. Əliniz aşağı sürüşürsə, bu, yorğunluq deyil, insult əlamətidir.

İşemik insult sürətlə inkişaf etmədiyi üçün sadalanan simptomlar bir müddət sonra tamamilə yox olur. Lakin bu, insultun az təhlükəli olmasına dəlalət etmir. Özünüzü vaxtında qoruyun ki, sağlam olun!

 

Müəllif: Könül Cəfərli

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR