İnstaqramda yeni qadağa
İnstaqramda pəhriz məhsulları və estetik əməliyyat məzmunlu paylaşımlar məhdudlaşdırılacaq, bəzi hallarda silinəcək.
TED.az xəbər verir ki, İnstaqram-ın tətbiq etməyə hazırlaşdığı bu yenilik Facebook-a da təsir göstərəcək. 18 yaşdan kiçik istifadəçilər çəki itirmək üçün hazırlanan preparat və çayların satışına, həmçinin estetik əməliyyatların təbliğinə yönələn paylaşımları görə bilməyəcəklər.
İnstaqramın ictimai siyasət üzrə meneceri Emma Colins bu dəyişikliklərin sürətlə böyüyən marketinq sənayesinin öhdəsindən gəlməyi hədəflədiyini bildirib: “İnstaqramın bütün istifadəçilər üçün pozitiv bir şəbəkə olmasını istəyirik və bu tədbir, insanların zaman-zaman sosial media səbəbilə hiss etdiyi təzyiqləri azaltmaq səylərimizin bir hissəsidir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət