İnsansız ilk sosial şəbəkə
Tətbiqi yükləməklə insan özünü sosial şəbəkənin ən populyar istifadəçisi olduğu bir fantaziya aləmində tapır.
Heç olubmu ki, ürəyinizdən sosial şəbəkədə nəsə yazmaq və bu paylaşımınıza çoxlu sayda bəyənmə və xoş sözlər yazılmasını istəyəsiniz, amma eyni zamanda real insanlarla söhbətdən qaçasınız? Artıq belə bir şəbəkə var.
Bu Botnet adlanan - mehriban botlar dənizində yeganə insan olduğunuz iOS üçün sosial şəbəkə simulyatorudur.
Tətbiq özü Facebook, İnstagram və Twitter qarışığına bənzəyir. Burada heyvanlar, kulinariya, siyasət haqında yaza və xatirələrinizi paylaşa bilərsiniz.
Ens.az xəbər verir ki, tətbiq yaradıcılarının fikrincə, post paylaşdıqda minlərlə "gerçək söhbət" öyrədilmiş botlar ona şərhlər yazmağa başlayır. Cəmi bir dollar ödəməklə isə sizə trollinq edəcək botlar sifariş edə bilərsiniz ki, bu da sosial şəbəkəni real, insanlıqdan demək olar ki, fərqləndirilməz hala gətirir.
Şəbəkəni sınaqdan keçirərkən, botların reaksiyaları və onların cavabları real insanların reaksiyaları və mesajlarına nə qədər bənzədiyini görmək mümkündür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət