Dərc edildi: Baxış sayı: 526
İnsanların həzz aldığı vəhşi əyləncə
Çinin Harbin şəhərində Sibir Pələngləri Meşə Parkına hər gün minlərlə turist pələngləri ziyarət etmək üçün gəlir. Publika.az xarici mediaya istinadən xəbər verir ki, turistlər pələnglərin yemək ziyafətini izləyir. Pələngləri bəsləyən baxıcılar mümkün hücumlara qarşı xüsusi maşınlardan istifadə edir və turistlərin görə biləcəkləri yerlərə toyuq qoyurlar. Pələnglər canlı toyuqları yemək üçün parçalayır. Ödəniş edən turistlər bu vəhşiliyi rahat şəkildə müşahidə edə bilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət