İnsanları mənzil başına deyil, ölümə aparan sürücü cəzalandırıldı
Bakıda avtobus sürücüsünün telefonla oynayıb, əllərini sükandan çəkərək kiməsə mesaj yazıb yola davam etməsinə dair görüntülər sosial şəbəkələrdə gündəm olub.
Ens.az Xəzərxəbər.az-a istinadən xəbər verir ki, sürücü bununla da sərnişinlərin həyatını təhlükəyə artıb.
Sosial şəbəkələrdə yayılan görüntülər paytaxtın Mərdəkan qəsəbəsindən “Neftçilər” metro stansiyasına doğru hərəkət edən 141 nömrəli marşrut avtobusunda qeydə alınıb.
Sərnişinlər bildiriblər ki, belə kobud qayda pozuntularına yol verən sürücülər onları sanki ölümə aparır.
Sərnişinlər məsuliyyətsiz sürücülərə qarşı sərt tədbirlərin görülməsini istəyirlər.
Daşıyıcı şirkətdən isə bildirilib ki, sözügedən görüntülərlə bağlı araşdırma aparılıb, lazımi tədbirlər görülüb və həmin sürücü artıq işdən azad olunub.
Daha ətraflı süjetdə:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət