Slimfit
  1. MARAQLI

İnsanlar robotları axmaq hesab edirlər

İnsanlar robotları axmaq hesab edirlər
Sakura

İnsanlar robotları axmaq hesab edirlər

Ens.az bildirir ki, amerikalı alimlərin apardıqları sorğunun bütün iştirakçıları etiraf ediblər ki, bu maşınlara əhəmiyyətli heç nəyi etibar etməzlər.

İnsanların robotla münasibəti onun ixtisaslaşmasından asılıdır - məsələn, piyadalar robot- mühafizəçilərə polis əməkdaşlarına olan reaksiya göstərirlər: onlar olduqda yolu qırmızı işıqda keçməməyə çalışırlar. Reaksiyaları insana bənzəyən köməkçi robotlara insanlar empatiya yaşaya bilirlər.

Humanoid robotlara münasibət haqqında sorğuda əksəriyyəti ali təhsilli olan 20 yaşdan 70 yaşa qədər 200 nəfər iştirak edib. İştirakçılardan robotların bacarıqlarını insan bacarıqları ilə müqayisə etmək tələb olunub.

"Nəticələr bizi çaşdırdı: insanlar hesab edirlər ki, robotlar, əslində maşınların çox əla öhdəsindən gəldikləri işləri yerinə yetirməyə qadir deyillər. Məsələn, tibbi əməliyyatlar. Da Vinci robotları artıq bir çox cərrahiyyə otağına quraşdırılıb", Corciya Texnologiya İnstitutunun əməkdaşı Ayanna Hovard bildirib.

Respondentlər süni intellektin dayə, psixoterapevt, tibb bacısı və yanğınsöndürən vəzifələrinin öhdəsindən gəlməyəcəyinə və əlbəttə ki, stend-up- komediyaçı rolunda uğursuz olacaqlarına əmindirlər. Bununla belə, onlar robotlardan yaxşı kuryer, resepşn heyəti, yaxşı ofisiant və bələdçi çıxacağına inanırlar.

Qeyd edək ki, alimlər Avropadan robotlara “elektron şəxs ”hüquqlarını verməmələrini xahiş edirlər. Bülə ki, robototexnika, hüquq və tibbi etika üzrə 150 mütəxəssis androidlərin müstəqil bir hüquqi vahid kimi tanınmasına etiraz edirlər.

 

Mənbə: vokrugsveta.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR