“İnsanlar elə bilir ki, çox asanlıqla xarici ölkəyə gedib yaşamaq olar”
“Bəzən insanlarda elə bir fikir yaradırlar ki, çox asanlıqla hansısa xarici ölkəyə gedib orada yaşamaq mümkün olur. Bu cür dələduzluq halları xarici dövlətlərin miqrasiya orqanları tərəfindən deyil, vasitəçi şəxslər tərəfindən olur”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin 6 aylıq yekunlarına həsr olunan mətbuat konfransında Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov bildirib.
Onun sözlərinə görə, sığınacaq almaq çox mürəkkəb bir prosesdir: “İnsanlar bu proseslər barədə kifayət qədər məlumatlı olmurlar. Avropa İttifaqı ilə readmissiya haqqında saziş 2014-cü ilin sentyabr ayından imzalanıb. Həmin dövrdən indiyə qədər 1211 nəfər Azərbaycana readmissiya edilib. Yəni bu şəxslər gediblər xarici ölkəyə, müraciət ediblər və nəticə əldə etməyiblər. Artıq o şəxslər Avropa ölkələrindən geri qaytarılıblar. Dövlət Miqrasiya Xidməti bu şəxslərin təhsil, səhiyyə və digər ehtiyaclarının öyrənilməsi ilə bağlı müvafiq iş görür. Bu məsələlərdə çalışırıq ki, məlumatlı olaq və köməklik göstərək”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət