Slimfit
  1. ELM

İnsanın görmə qabiliyyətini bərpa edən metod aşkar olunub

İnsanın görmə qabiliyyətini bərpa edən metod aşkar olunub
Sakura

İnsanın görmə qabiliyyətini bərpa edən metod aşkar olunub

Hindistan alimləri gözün içərisində əvvəllər ancaq dəridə olduğu hesab edilən xüsusi yağ növü aşkar ediblər. Bu kəşf diabet xəstəliyinin nəticəsi olan və qan damarlarını məhv edərək tor qişanın qan təminatını pozan retinopatiyanın inkişafını ləngitməkdə böyük əhəmiyyətə malik ola bilər.

AZƏRTAC “MedVesti” saytına istinadla xəbər verir ki, alimlər qan damarlarının hüceyrələrindəki sellülozda uzunzəncirli yağların olduğunu və onların retinopatiyanın meydana gəlməsinin qarşısını aldığını iddia edirlər. Bu kəşfi şərh edən Miçiqan Universitetinin mütəxəssisi Yuliya Brusik damarlardakı sellüloz ilə hematoretinal baryerin tərkibinə daxil olan və sellülozları iri molekulların müdaxiləsindən qoruyan bərk birləşmələrin sıx əlaqəsini təsdiq edib. Məlum olduğu kimi, diabet şəkərin və yağların səviyyəsinin artması ilə müşayiət olunur, orqanizmdə qida maddələrinin tarazlığının və damarların elastikliyinin pozulmasına səbəb olur. Bunun nəticəsi olaraq, retinopatiyanın inkişafı ehtimalı artır. Uzunzəncirli yağlar və enzimlər sellülozu qoruyur. Alimlər müsbət təsirin səbəbini aydınlaşdırmaq üçün tədqiqatı davam etdirirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR