Slimfit
  1. MARAQLI

İnsan sümüklərində elmə əvvəllər məlum olmayan qan damarları tapılıb

İnsan sümüklərində elmə əvvəllər məlum olmayan qan damarları tapılıb
Sakura

İnsan sümüklərində elmə əvvəllər məlum olmayan qan damarları tapılıb

Duysberq –Essen  Universitetinin alman alimləri insan orqanizmində əvvəllər elmə məlum olmayan xırda qan damarları şəbəkəsini aşkarlayıb. Sümükdə yerləşən bu damarlar tez və efeektiv şəkildə qanın və immun hüceyrələrinin bütün bədən boyu daşınmasından məsuldurlar. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Science Alert  portalı xəbər verib.

«Orqanizmdə mərkəzi anatomik strukturu tapmaq, hansı ki XXI əsrdə heç bir dərslikdə qeyd olunmayıb, doğrudan da gözlənilməzdir», - deyə araşdırmanın  müəlliflərindən biri olan immunoloq Mattias Qunser bildirib.

İlkin eksperiment siçanlar üzərində aparılıb: Onlara, sümükləri şəffaflaşdıran «etilsinnamat» adlı kimyəvi maddə vurulub. Bundan sonra floresan işıqdan və rentgen mikroskopiyasından istifadə etməklə sümüklərdə transkortikal damar adlandırılan  yüzlərlə kapilyar müəyyən edilib. Araşdırmaçıların sözlərinə görə, böyük baldır sümüyündə minlərlə belə  qan damarı var, hansı ki, 80 faiz arterial və 59 faiz venoz qan burdan keçir.

Sonra araşdırmaçılar oxşar təcrübəni insan üzərində keçiblər, könüllü kimi isə Qunserin özü iştirak edib. Alimlər insanın böyük baldır sümüyündə oxşar sistemlə - lakin  daha qalın qan damarları ilə rastlaşıblar. 

Bildirilir ki, yeni ixtira onurğa beyninə dərmanların inyeksiyasının bütün bədən boyu necə yayıldığını izah etməyə imkan verir.

Bununla belə, onların dəqiq funksiyasını müəyyənləşdirmək üçün vaxt lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR