Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İnsan spirtli içkini qəfildən atarsa... Alman həkimin izahı

İnsan spirtli içkini qəfildən atarsa... Alman həkimin izahı
Sakura

İnsan spirtli içkini qəfildən atarsa... Alman həkimin izahı

Alkoqoldan birdən-birə imtina etdikdən sonra insan orqanizmində dəyişiklik bir həftə sonra baş verməyə başlayır.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Almaniyanın Betti Ford klinikasının baş həkimi Yarmila Malmeister bildirib. Adətən, belə insanlarda yuxusu normallaşır və iş qabiliyyəti yaxşılaşır.
 
Bir aydan sonra isə bir adam alkoqola meylini idarə etmək qabiliyyətini inkişaf etdirir. İnsanın qan təzyiqi normaya düşür, dərisinin vəziyyəti yaxşılaşır və diqqətini daha yaxşı cəmləyəbilir. Qaraciyərin də vəziyyəti yaxşılaşır. "Qaraciyər alkoqolun təsirindən azad olandan sonra dərhal yığılmış yağları parçalamağa başlayır”, mütəxəssis deyib. Bundan əlavə, spirt limfa durğunluğuna səbəb olur və artıq kalorilərin yığılmasına səbəb olur. Bir ildən sonra metabolik proseslər bərpa olunur və bu, 20 kilo arıqlamağa imkan verir.
 
Alman həkimin fikrincə, insan həftədə iki gün problem olmadan spirtsiz ötüşə bilər. Ancaq bu iki gündə də alkoqol haqqında düşünürsə, deməli, bu artıq narahat olmağa əsas verir. "Əgər həftədə iki gün spirtli içki qəbul edtmədən keçinə bilirsinizsə, demək, sizdə asılılıq yoxdur", - ekspert vurğulayıb. 
Malmeister əlavə edib ki, kişilər üçün gündəlik norma sutkaya yarım litr pivə və ya 250 ml şərabdır. Qadınlar üçün norma kişilərə nisbətən iki qat aşağıdır.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR