Slimfit
  1. TƏBİƏT

İnsan ömrü qısalır

İnsan ömrü qısalır
Sakura

Texas universitetinin alimləri müəyyən ediblər ki, havanın qlobal çirklənməsi orta hesabla insan ömrünü…

Texas universitetinin alimləri müəyyən ediblər ki, havanın qlobal çirklənməsi orta hesabla insan ömrünü 1 il qısaldır.

Oxu.Az xəbər verir ki, tədqiqatçılar 185 ölkədə havanın çirklənmə dərəcəsini təyin ediblər. 

Bu, havanın bərk maddələrlə (BM), yəni ölçüsü 2,5 mikrometrdən az olan zərrəciklərlə zənginliyi ilə səciyyələnir. Sözügedən maddələr ağ ciyərə yol taparaq, ürək-damar və xərçəng xəstəlikləri riskini artırır.

Alimlərin sözlərinə görə, havanın çirklənməsi planetin hər sakinin ömrünü orta hesabla bir il qısaldır. Məsələn, Hindistan və Çində havanın keyfiyyəti 15-20 faiz yaxşılaşacağı halda, 60 yaşlı qocalar 85 yaşına qədər yaşamaq şansı qazanardılar.

Hesablamalara görə, BM təsirindən ildə Amerikada 90 min, Hindistanda isə 1,1 milyon insan dünyasını dəyişir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR