Slimfit
  1. MEDİA

“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib

“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib
Sakura

“İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib

Bu gün Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurasının təşkilatçılığı ilə 10 dekabr Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda tədbir keçirilib. 

APA-nın məlumatına görə, tədbirdə Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Quliyev, Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov, Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, QHT və KİV rəhbərləri iştirak ediblər. 

Ədliyyə Nazirliyi İnsan Hüquqları və İctimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova deyib ki, insan hüquq və azadlıqlarının qorunması dövlətimizin əsas vəzifəsidir. 

A. Sabitova bildirib ki, tədbirdə məhkəmə və KİV təmsilçiləri iştirak edir. O, məhkəmələrdə KİV-lə işləməyə xüsusi hakimlər təyin edildiyini açıqlayıb. 

Ədliyyə Nazirliyi Təşkilat Nəzarət Baş İdarəsinin rəisi Elçin Qasımov nəzərə çatdırıb ki, il ərzində məhkəmələr 270-280 min mülki işə baxır. O,  Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanın icrası istiqamətində görülən işlərdən danışıb: “Fərman çərçivəsində 40-a qədər layihə hazırlanıb. İxtisaslaşdırılmış məhkəmələrin yaradılması, özəl ekspertizanın yaradılması barədə qanunlar qəbul olunub. Digər qanun layihələri də hazırdır. Mülki-prosessual qanunvericiliyə dəyişikliklərlə bağlı böyük paket qanun layihəsi hazırlanıb. Cəzaların humanistləşdirilməsi ilə bağlı da layihə hazırdır”.

Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov deyib ki, bu il Azərbaycanda 39 hakim barəsində intizam icraatı başlanılıb. Onun sözlərinə görə, 2 hakimin səlahiyyətlərinə xitam verilib və 6 hakim isə işdən azad olunub. S. Hüseynov hər məhkəmədə bir hakimin ayrılması və həmin hakimin media ilə işləməsi barədə verilən qərarın əhəmiyyətli olduğunu qeyd edib: “İlkin mərhələdə hakimlərin media üzrə məsul olması daha məqbuldur. Bu proses ilk növbədə Bakı, Abşeron və Sumqayıtda  həyata keçiriləcək”. 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə məhkəmə sistemində kifayət qədər ədalətli hakimlərin olduğunu söyləyib: “Bizim də vəzifəmiz odur ki, obyektivlik nümayiş etdirək və cəmiyyətə obyektiv məlumat çatdıraq”.

Mətbuat Şurasının sədri müavini Müşfiq Ələsgərli KİV nümayəndələrinin təklifi əsasında məhkəmələrdə KİV-lə işləyən hakimlərin ayrılmasını yüksək dəyərləndirib. 

Tədbir çıxışlarla davam edib.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR