Slimfit
  1. MEDİA

İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi VİP sədri Əli Əliyevə qarşı saxta ittihamlara son verilməsini tələb edir

İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi VİP sədri Əli Əliyevə qarşı saxta ittihamlara son verilməsini tələb edir
Sakura

İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi VİP sədri Əli Əliyevə qarşı saxta ittihamlara son verilməsini tələb edir

İnsan Hüquqları və Qanunların Təbliği İctimai Birliyi VİP sədri Əli Əliyevə qarşı saxta ittihamlara son verilməsini tələb edir

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev  23 iyun 2022-ci il tarixində 3-cü dəfə qanunsuz mühakimə olunub. Verilən məhkəmə qərarı ilə Ə.Əliyev daha 6 ay müddətində əsassız həbsə məkum edilib. 

Qeyd edək ki, bundan öncə 07 iyun 2022-ci il tarixində Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi Rayon Təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 148-ci maddəsi üzrə verdiyi xüsusi ittiham qaydasında şikayəti əsasında məhkəmə iclası keçirilib. Məhkəmə prosesində hakim Rəşad Cavadzadə həmkarları – əvvəlki məhkəmələri aparmış hakimlər Hüseyn Səfərov və Rauf Daşdəmirovun davranışlarını təkrarlayaraq, Əli Əliyevlə vəkillərinin arqumentlərə əsaslanan vəsatətlərini qəbul etməməklə yanaşı, iclasın qapalı keçirilməsinə, bununla da ictimaiyyətin oradakı gedişatdan xəbərsiz qalmasına qərar verib. Bütün bu qanunsuzluqlara etiraz edən Əli Əliyev məhkəmə zalında aclıq aksiyasına başladığını bəyan edib və pozulmuş hüquqlarının bərpası üçün sağlamlığına zərbə vuran addım atmaq məcburiyyətində qalıb. Qapalı keçirilən məhkəmə iclası isə növbəti dəfə qeyri-müəyyən müddətə təxirə salınıb.

23.06.2022-ci il tarixli son məhkəmə iclasında isə hətta, xüsusi ittihamçı Ramiz Göyüşovun vəkili də etiraf edib ki, ittiham qaydasında verilmiş şikayətə səbəb olmuş hadisə Azərbaycan Respublikası Milli Məclisinin "8 Noyabr-Zəfər Günü" münasibəti ilə qəbul etdiyi Amnistiya aktından əvvələ təsadüf etdiyindən hökm oxunduqdan sonra amnistiya aktı Əli Əliyevə də tətbiq edilməlidir. Lakin Amnistiya aktı Əli Əliyevə şamiı edilməyib, bu isə həbsin sifarişli olduğunun göstəricisidir.

Məlumat üçün bildirək ki, analoji məsələ ilə bağlı Nəsimi rayon Məhkəməsində baxılmış işə ( İş № 1(006)-59/2022) əsasən barəsində hökm çıxarılmış məhkum şəxsə isə sözügedən Amnistiya aktı tətbiq edilib.

İnsan hüquqları və Qanunların Təbliği İctimai Birliyi VİP sədrinin son 6 ayda baş vermiş məhkəmə proseslərini təftiş edərək irəli sürülmuş ittihamların və çıxarılmış hökmlərin  siyasi motivli olduğu qənaətinə gəlir. Beləliklə, Ə. Əliyevə son 6 ayda xüsusi ittiham qaydasında çıxarılan 3 sifarişli hökm onu deməyə əsas verir ki, ölkədə məhkəmə-hüquq sistemi tamamilə formaldır, bu tipli məhkəmə proseslərinin müqəddəratını hüququn aliliyi deyil, hansısa qrupların mənafeyi və yaxud siyasi iradə həll edir. 

İnsan hüquqları və Qanunların Təbliği İctimai Birliyi Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevə qarşı saxta ittihamların davam etdirilməsini pisləyir, hakimiyyəti hüququn aliliyini və məhkəmələrin şəffaflığını təmin etməyə, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn vəzifə və öhdəliklərə, Konstitusiyanın bu barədə müvafiq maddələrinə əməl edərək vətəndaşların ifadə azadlığını tanımağa çağırır.

Hörmətlə,

Gülşən Məmmədoğlu,

“İnsan Hüquqları və Qanunların Təbliği” İB-nin sədri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR