Stanford universitetinin professoru bunu 6 günə sübut edib
Kainatdakı insanların bir çoxu yaxşılıq, bir çoxu isə pislik etməklə məşğuldur.
1971-ci ildə Stanford Universiteti Psixologiya departamentinin professoru Filipp Zimbardo hər bir yaxşı insanın dünyadakı ən qəddar insana çevrilə biləcəyini iddia edirdi.
Nəzarət altına alınan hər kəsin özünü itirəcəyinə inanan Philip Zimbardo tezisini sübut etmək üçün bir sınaq planlamağa başladı.
Bu sınaq üçün Universitetinin zirzəmisində saxta həbsxana yaradılıb və test iştirakçıları iki həftə həbs cəzasına məhkum edilib mühafizə olunublar.
Təxminən iki həftə davam etməyi planlaşdırılan təcrübəyə 24 nəfər cəlb edilib. Universitet tələbələrindən ibarət olan bu sınağa belə bir şərt qoyulub. Məhkumlar nə olursa-olsun, nəzarətçilərin sözlərinə əməl edib onların tələblərini yerinə yetirəcəkdilər. Nəzarətçilərə isə məhkumlara qarşı şiddət tətbiq etmək qadağan edilmişdi. İşin sonunda böyük miqdarda pul alacaqlarını bilən tələbələr bu sınaqda iştirak etməyi qəbul ediblər.
Professor Zimbardon ən kiçik detalları hesablayaraq, təcrübənin düzgün irəliləməsi üçün bütün lazımi şəraiti yaratmışdı. Məsələn, əsl həbsxana təcrübəsini təmin etmək üçün, qəsdən məhbusların qalacağı yerləri kiçik hazırlatdırmışdı. Nəzarətçilərə günəş eynəyi taxdırılmış, məhkumlara da üzərindəki nömrələr ilə xitab etmək söylənilmişdi. Bütün şərtlər izah edildikdən sonra “Stanford Həbsxana Təcrübəsi” başlamışdı.
Sınaq başladıqdan sonra özlərini hələ də sərbəst hiss edən tələbələr başlarına gələcəklərdən xəbərsiz idi. Daha ilk 24 saatda nəzarətçilərin psixoloji təzyiqlərinə dözə bilməyib oradan ayrılanlar olub. Sınağın ikinci günündə isə məhkumlar qaldıqları kamerada etirazlar etməyə başlayıb əmrlərə uymayacaqlarını bildiriblər. Daha sonra nəzarətçilərin içəri daxil olmaması üçün yataqları qapıya dirəyiblər. Özlərini rola qapdıran nəzarətçilər isə artıq göstərilən şərtlərdən kənara çıxaraq məhkumları döyməyə başlayıb, hətta işgəncə veriblər. 2-3 gün əvvəl sıradan bir tələbə olan bu nəzarətçilər artıq işgəncə verməkdən zövq almağa başlamışdılar. Məhkumlar isə get-gedə artıq içlərinə qapanıb səs çıxarmağa qorxurdular. Onlar da artıq həqiqətən məhkum həyatı yaşadıqlarına inanmışdırlar. Prosfessorun sübut etmək istədiyi bir çox məqamlar artıq isbat olunmuşdu. Hətta bu sınağı həyata keçirən professor özü belə bu təcrübəyə qapılıb özünü həbsxana müdiri kimi hiss edirdi.
Bu sınağın xoşagəlməz yerə gedib çıxacağını görən professorun həyat yoldaşı buna əngəl olub. Sınaq 6-cı günündə dayandırılıb. Sınaqda iştirak edən məhkumlar alacaqları pula və işgəncədən canları qurtulduğu üçün sevinirdilər. Lakin nəzarətçi kimi sınaqda iştirak edən tələbələr isə bu sınağın tez bitməsinə görə kefsiz idilər.
Bu təcrübə ABŞ-ın 16-cı prezidenti olan Avraam Linkolnın bir sözünü yada salır: “İnsanın əsl xarakteri əlinə güc keçdiyi zaman ortaya çıxır”
Professor da məhz ona inanmayanlara bunu isbat etmək üçün belə bir sınaq həyata keçirib.
Mənbə: Musavat.com
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət