Slimfit
  1. MARAQLI

İnsan bu orqanlarsız da yaşaya bilər

İnsan bu orqanlarsız da yaşaya bilər
Sakura

İnsan bu orqanlarsız da yaşaya bilər

İnsan canlı təbiətin ən mürəkkəb varlığıdır. İnsan yeganə varlıqdır ki, şüur və ağılla hərəkət edir. Elmin inkişafı sayəsində insan bəzi orqanları da olmadan yaşaya bilər.

Ölkə.Az” siyahını oxucuları ilə bölüşür.

Dalaq

Bəzən qarın zədəsindən sonra dalaq cərahiyyə əməliyyatı ilə kəsilir. Dalaq qabırğalara yaxın yerləşdiyi üçün tez zədələnir. Bəzən bir zərbə daxili qanaxma üçün kifayət edir. Dalaq kəsildikdən sonra onun funksiyasını qara ciyər yerinə yetirir.

Mədə

Bəzən ağır xəstəliklər mədənin amputasiyası ilə nəticələnir. Cərrahlar qida borusunu bağırsaqla birbaaş birləşdirirlər. Bu mürəkkəb və uzun müddət bərpa prosesi tələb edən əməliyyatdır.

Reproduktiv orqanlar
Yumurtalıq və uşaqlıq yolunun kəsilib götürülməsi qadınların yaşamasına mane olmur.

Öd kisəsi

Hər il on minlərlə insanın öd kisəsi əməliyyat olunur. Kəsilib götürülən öd kisəsinin də funksiyasını qara ciyər yerinə yetirir.

Yoğun bağırsaq

Bu orqan kəsildikdən sonra xüsusi pəhriz saxlanılmalıdır.

Kor bağırsaq
Alimlər hələ də bu orqanın nə işə yaradığı barədə mübahisələr aparırlar. Bir dövrlər kor bağırsaqdan qurtulmaq dəb halını almışdı.

Böyrək
İnsan bir böyrəklə də yaşaya bilər. Amma bu zaman unutmaq lazım deyil ki, orqanizmdə bir böyrək var və orqanı gücə salmaq olmaz

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR