Slimfit
  1. TEXNOLOGİYA

İnsan beynini komputer kimi yüklədilər! – Bəşəriyyət yeni dövrə qədəm qoyur?

İnsan beynini komputer kimi yüklədilər! – Bəşəriyyət yeni dövrə qədəm qoyur?
Sakura

İnsan beynini komputer kimi yüklədilər! – Bəşəriyyət yeni dövrə qədəm qoyur?

Alimlər bilik və bacarıqları insan beyninə yükləməyin yolunu tapıblar.

AzNews.az xarici mediaya istinadən məlumat verir ki, tədqiqatçılar insan beyninə məlumatları birbaşa qəbul etməyə və onlara yeni həyati bacarıqları daha az vaxtda öyrətməyə imkan verən bir simulyator hazırlayıblar.

Onlar bunun, bilik və bacarıqların Matriks tərzində dərhal beyinə “yüklənməsini” təmin edəcək qabaqcıl proqramların inkişafında ilk addım ola biləcəyinə inanırlar.

Neo-noir elmi-fantastikasının qəhrəmanı Neo, döyüş sənəti beyninə "yükləndikdən" saniyələr sonra “Kunq-Fu”nu öyrənə bilir. Kaliforniyada yerləşən HRL laboratoriyasındakı tədqiqatçılar öyrənməyi Hollivud filmindəkindən daha çox gücləndirmək üçün bir yol tapdıqlarını deyiblər.

“Frontiers” jurnalının İnsan Nevrologiyası bölməsində dərc edilən araşdırmada, elektrodun baş örtükləri ilə beyninə stimul verilən şəxslərin pilot qabiliyyətlərinin yaxşılaşdığı və onların tapşırığı digər təcrübə qrupuna nisbətən 33 faiz daha yaxşı öyrəndiyi təsdiqlənib.

"Bizim sistemimiz bu növdə bir ilkdir. Bu, beyin stimul sistemidir. Elmi fantastika kimi səslənir, amma sistemimizin inkişafı üçün böyük elmi əsası var. Baxdığımız tapşırıq, bilik və motor performansı arasında sinerji tələb edən təyyarəni pilotlaşdırmaq idi” , - deyə Dr. Metyu Filips bildirib.

“Bir şey öyrənəndə beyniniz fiziki olaraq dəyişir. Əlaqələr neyro-plastika adlanan bir proseslə yaranır və gücləndirilir”.

Dr. Metyu inanır ki, gələcəkdə beyin stimullaşdırılması sürücülük, imtahan hazırlığı və dil öyrənmək kimi vəzifələr üçün də tətbiq oluna bilər.

“Metodun özü həqiqətən çox köhnədir. Əslində qədim misirlilər 4000 il əvvəl ağrıları stimullaşdırmaq və azaltmaq üçün elektrikli balıqlardan istifadə edirdilər. Hətta Ben Franklin başına cərəyanlar tətbiq etsə də, bu metodların ciddi, elmi istintaqı 2000-ci illərin əvvəllərində başlayıb və biz bu metod üzərində mümkün olan ən təsirli şəkildə stimullaşdırma və fərdiləşdirmə üçün tədqiqat aparırıq. Tapdığımız şey beyin stimuliyasiyasının, öyrənməyin inkişafında xüsusi təsirə malik olmasıdır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR