Dərc edildi: Baxış sayı: 562
İngiltərədəki “Walney” külək elektrik stansiyası elektrik enerjisi istehsalına başlayır
İngiltərənin şimal-qərb sahilində dünyada ən böyük külək elektrik stansiyası (KES) olan “Walney” elektrik enerjisi istehsalına başlayır.
AZƏRTAC xarici KİV-lərə xəbər verir ki, 659 meqavat gücə malik “Walney” KES 600 min evi elektrik enerjisi ilə təmin edəcək. Elektrik stansiyasının sahəsi 145 kvadrat kilometrə bərabərdir ki, bu da təxminən 20 min futbol meydançasının sahəsinə bərabərdir. Təxminən 1 milyard funt sterlinqə başa gələn “Walney” 102 turbinlə təchiz edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət