Slimfit
  1. DÜNYA

İngiltərədə sosial şəbəkələr qadağan oluna bilər

İngiltərədə sosial şəbəkələr qadağan oluna bilər
Sakura

İngiltərədə sosial şəbəkələrə qarşı qadağalar tətbiq oluna bilər

İngiltərədə sosial şəbəkələrə qarşı qadağalar tətbiq oluna bilər.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Matt Hankok bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə zərərli məlumatların yayılması xoşagəlməz hadisələrə səbəb olur.

“Sosial şəbəkələrdə zərərli məzmunlar yayılmaqdadır. Bunlar əsasən özlərinə zərər verən şəxslərin videolarının sosial şəbəkələrdə yayılmasıdır ki, artıq bununla əlaqədar intihar hadisələri baş verib. Ona görə, sosial şəbəkələrdə belə zərərli məlumatların yayılmasına imkan verilməməlidir. Əgər lazım olanı etmədiklərini düşünsək, o zaman qanun hazırlana bilər”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, 2017-ci ildə İngiltərdə yaşayan 14 yaşlı Molli Russel sosial şəbəkələrin qurbanı olub. Onun atası qızının intiharına görə, “İnstaqram”ı ittiham edib. 

Qeyd edək ki, “Papirus” adlı yardım fondu son 1 həftə ərzində 30 ailənin övladlarının intihar etməsində sosial şəbəkələrin ciddi rol oynadığını bəyan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR