Slimfit
  1. İDMAN

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alındı

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alındı
Sakura

İngiltərə Premyer Liqasında yeni rekord qeydə alındı

İngiltərənin “Vulverhempton” klubunun baş məşqçisi portuqaliyalı Nunu Eşpiritu Santu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Oxu.Az xəbər verir ki, mütəxəssis “Kristal Pelas”la oyunda əsas heyətdə heç bir dəyişiklik etməyib və öncəki 7 görüşdəki futbolçulara güvənib.

Bununla da Eşpiritu Santu ardıcıl olaraq 8 çempionat oyununda meydana eyni heyəti buraxmaqla İngiltərə Premyer Liqasında rekord göstərici müəyyənləşdirib.

Qeyd edək ki, “Vulverhempton” son 5 oyunda məğlub olmur və hazırda turnir cədvəlində 9-cu yerdədir. Bu isə klubun son 37 ildə ən yaxşı göstəricisidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR