Slimfit
  1. İDMAN

İngiltərə Premyer Liqasında 2001-ci il təvəllüdlü futbolçu debüt edib

İngiltərə Premyer Liqasında 2001-ci il təvəllüdlü futbolçu debüt edib
Sakura

İngiltərə Premyer Liqasında 2001-ci il təvəllüdlü futbolçu debüt edib

 London “Arsenal”ının yarımmüdafiəçisi Bukayo Saka İngiltərə Premyer Liqasında debüt edən ilk 2001-ci il təvəllüdlü futbolçu olub.

Report” xəbər verir ki, ötən il sentyabrın 5-də 17 yaşı tamam olan oyunçu “topçular”ın XXI turda “Fulhem”i 4:1 hesabı ilə məğlub etdiyi matçda forma geyinib. O, 83-cü dəqiqədə Aleks İvobinin əvəzinə meydana çıxıb.

Qeyd edək ki, Saka cari mövsümdə “Arsenal”ın U-23 komandasının heyətində 12 görüşdə iştirak edib. O, 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

“Arsenal” hazırda 41 xalla Premyer Liqada 5-ci pillədə qərarlaşıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR