Dərc edildi: Baxış sayı: 395
İngiltərə klubu dünya çempionunu kapitanlıq sarğısından məhrum etmək istəyir
İngiltərənin "Tottenhem" klubu qapıçısı Uqo Lyorisi sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə cəzalandırmaq istəyir
"Report" "Mirror"a istinadən xəbər verir ki, 32 yaşlı qolkiper iki həftə əmək haqqından məhrum ola bilər.
London təmsilçisi oyunçunu kapitanlıq sarğısından da məhrum etmək ehtimalını nəzərdən keçirir.
Qeyd edək ki, Uqo Lyoris avqustun 24-də sərxoş vəziyyyətdə avtomobil idarə etdiyinə görə 20 ay sürücülük hüququndan məhrum edilib. O, Fransa millisinin heyətində Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət