Slimfit
  1. DÜNYA

İngilis qadın şamdanla evləndi

İngilis qadın şamdanla evləndi
Sakura

İngilis qadın şamdanla evləndi

İngiltərənin Lids şəhərinin sakini Amanda Liberti maraqlı qərarla gündəmə gəlib.

“Lenta.ru” xəbər verir ki, britaniyalı xanım auksiyonda aldığı şamdanla evlənmək qərarına gəlib.

“Onun üçün 400 funt xərcləmişəm, bu, ilk baxışdan məhəbbət idi”, - deyə Amanda bildirib.

Şamdana Lümer adı verən qadın onun üçün nişan üzüyü də alıb: “Söz verirəm ki, onu hər gecə parıldadacam. Bilirəm, çoxlarına bu münasibət qəribə gələcək, amma mən dəli deyiləm”.

Amandanın Lümerdən başqa şamdanları da var. Daha əvvəl isə o, Nyu-Yorkdakı “Azadlıq heykəli” ilə “evlənmiş”, hətta soyadına da onu əlavə etmişdi. Amma uzaq məsasfə sonradan onların “ayrılması” ilə nəticələnmişdi.

Qeyd edək ki, bu, ilk əşyalarla evlilik halı deyil. Daha əvvəl 1979-cu ildə İsveçdə Eklof-Berliner Mauer Berlin divarları ilə özünü evli elan etmişdi. Bundan başqa, amerikalı Eriki Labri Eyfel qülləsi ilə “nikaha girmişdi”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR