Slimfit
  1. TEXNOLOGİYA

İnformasiya təhlükəsizliyi bazarında 45 faizlik artım gözlənilir

İnformasiya təhlükəsizliyi bazarında 45 faizlik artım gözlənilir
Sakura

İnformasiya təhlükəsizliyi bazarında 45 faizlik artım gözlənilir

“International Data Corporation” (IDC) analitiklərinin proqnozuna görə 2018-ci ildə qlobal informasiya təhlükəsizliyi bazarının həcmi 92,1 milyard dolları ötəcək, 2022-ci ildə isə bu göstərici 45% yüksələrək 133,7 milyard dollara yaxınlaşacaq. Kibertəhlükəsizlik üçün avadanlıq, proqram təminatı və servislərə sərf olunan xərclərin orta illik artım sürəti 9,9% səviyyəsində gözlənilir.
 
Xeberler.az bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, analitiklər servisləri informasiya təhlükəsizliyi texnologiyaları bazarının ən böyük və sürətlə inkişaf edən kateqoriyası adlandırıblar. Cari ildə bu kateqoriyanın satış həcmi 40,2 milyard dollar təşkil edəcək.

Analitiklər proqram təminatını informasiya təhlükəsizliyinə sərf edilən xərclərin həcminə görə ikinci ən böyük kateqoriya adlandırıblar. Xərclərin həcminə görə bu kateqoriyada son qurğuların mühafizəsi üçün proqram təminatı lider olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR