İnflyasiya olacaq? - Rəsmi açıqlama
İnflyasiyanın nəzarət altında saxlanılması çox vacibdir. Bu günə qədər hökumətin həyata keçirdiyi siyasət buna imkan yaradıb.
Oxu.Az xəbər verir ki, bunu bu gün Maliyyə nazirinin müavini Azər Bayramov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinə dəyişiklik barədə qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Nazir müavini deyib ki, növbəti 2-3 ayda bu prosesin nəzarət altında saxlanılacağına ümid olunur:
“İlin axırına qədər inflyasiya göstəriciləri proqnozlaşdırılan rəqəmlərdən çox fərqli olmayacaq. Digər tərəfdən, Neft Fondu və digər mənbələrdən əlavə böyük transferlər tələb olunmur. Bu gün təqdim olunan iqtisadi paket 2019-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsaitlər hesabına həyata keçirilir”.
Qeyd edək ki, qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət