Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İnfeksiya dövrü üçün 5 məhsul

İnfeksiya dövrü üçün 5 məhsul
Sakura

Həmişəkindən daha aktualdır!

 

Koronavirus pandemiyası dövründə insanlar gigiyena qaydalarına riayət etməyə və izdihamlı yerlərdən uzaq durmağa çalışırlar. Ancaq bu, edə biləcəyimiz hər şey deyil. Düzgün qidalanma, mümkün infeksiyadan qorunmaq üçün immunitet sistemini gücləndirməyə kömək edir.

Bir çox elmi tədqiqat, çeşidli və faydalı qidalamanın - xəstəliyə qarşı ən yaxşı profilaktika olduğunu təsdiq edir. İmmunitet sistemini gücləndirən məhsullar hər kəs üçün olduqca əlçatandır. Şübhəsiz ki, infeksiyaya yoluxduqda müalicə olunmağınıza kömək etməyəcək, amma qarşısının alınması həmişə müalicədən daha yaxşıdır!

Ens.az saytı həmin məhsullardan 5-ni təqdim edir:

1. Soğan və sarımsaq

Soğan və sarımsağa güclü qoxunu və təəccüblü dərəcədə güclü immunostimulyator xüsusiyyətlərini tərkiblərində olam kükürd birləşmələri verir. Sarımsaq, inadkar bakteriyalara qarşı da əhəmiyyətli bir antibakterial təsir göstərir. Sarımsaq və soğan həmçinin antivirus, göbələyə qarşı və parazit əleyhinə təsirə malikdir.

2. Yoqurt

Ən faydalısı canlı laktobasilli təbii yoqurtdur, məsələn yunan. Bu bakteriyalar immunitet sistemini stimullaşdırır və bununla da xəstəliyə qarşı mübarizədə kömək edir. Yoqurt (o cümlədən qatıq) əla D vitamini mənbəyidir.

3. Sitrus meyvələri

Limon, qreypfrut, portağal çox sayda C vitamininə sahibdir, bu da immunitet sistemini gücləndirir və soyuqdəymə əlamətlərindən tez bir zamanda xilas olmağa kömək edir. Eyni zamanda hesab olunur ki, ağ qan hüceyrələrinin istehsalını stimullaşdırır və bu, infeksiyalara qarşı mübarizənin açarıdır.

4. Qırmızı bibər

Yalnız sitrus meyvələrində C vitamini olmur. Məsələn qırmızı bibərdə portağaldan iki dəfə çox C vitamini var! Beta-karotendə də zəngindir, gözlərimizi və dərimizi sağlam saxlamağa kömək edir.

5. Zəncəfil

Zəncəfil soyuqdəyməyə qarşı kömək edən digər bir məhsuldur. İltihabı azaldır və boğaz ağrısını aradan qaldırır, ürək bulanmasını dayandırır, adamı gümrah və təravətli edir. Son araşdırmalara görə, zəncəfil xroniki ağrıları azaldır və xolesterinin səviyyəsini normaya salır.

 

 

Mənbə: lifter.com.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR