Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İnfarktdan ölümlər niyə cavanlaşıb?

İnfarktdan ölümlər niyə cavanlaşıb?
Sakura

Ürəyin qəfləti dayanmasına praktik sağlam adamlarda da rast gəlinir.

Axar.az xəbər veirr ki, bu sözləri həkim Vaqif Qarayev dünən axşam saatlarında infarkt keçirərək qəfil həyatını itirən tanınmış jurnalist Natiq Qədimovun ölüm səbəbi ilə bağlı danışarkən deyib.

Həkimin sözlərinə görə, ürəyin qəfləti dayanması artıb cavanlaşıb. Ona görə də diqqətli olmaq lazımdır:

“Gənc jurnalist dünyasını dəyişib. Allah rəhmət eləsin! Qəfil gələn ölümlər artıb. Ürəyin qəfləti dayanmasına praktik sağlam adamlarda da rast gəlinir. Amma çox vaxt belə olmur. Sağlam həyat tərzi keçirməyənlər ildə heç olmasa iki dəfə sadə müayinələrdən - EKQ, qanda bəzi parametrlərin təyini və s. keçməlidilər.

Əgər ürəyin işemik xəstəliyi (ÜİX) aşkar olunarsa, belə adamlar "risk qrupuna" aid edilir. Mütəmadi həkim nəzarətində olmalıdılar ki, ürək qəfil dayanmasın”.

Həkim bildirib ki, içki içən insanlar buna xüsusilə fikir verməlidir:

“Tez-tez içki məclislərindən şəkillər paylaşanlar var. Gənclər əylənməlidi, buna söz yox. Amma ürəyinizi zorlamayın. Zorakılıq olanda ürək mütləq xəyanət edir!”

Qeyd edək ki, tanınmış jurnalist Natiq Qədimov dünən axşam saatlarında qəfildən dünyasını dəyişib. Jurnalist infarktdan vəfat edib

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR