Slimfit
  1. AZƏRBAYCAN

İndoneziyanın ölkəmizdəki səfiri Qaxda sahibkarlarla görüşüb

İndoneziyanın ölkəmizdəki səfiri Qaxda sahibkarlarla görüşüb
Sakura

İndoneziyanın ölkəmizdəki səfiri Qaxda sahibkarlarla görüşüb

İndoneziyanın ölkəmizdəki səfiri Hüsnan Bəy Fanani respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində dekabrın 20-də Qax rayonunda olub, yerli sahibkarlarla görüşüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, işgüzar görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Azərbaycan və İndoneziya arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. Səfirə Qax rayonunun iqtisadiyyatı, kənd təsərrüfatının aparıcı sahələri, mədəniyyəti, əhalinin məşğulluğu, turizm potensialı barədə geniş məlumat verilib. Diqqətə çatdırılıb ki, rayonda 9 su qablaşdırıcı müəssisə, 5 fındıq emalı zavodu, tikinti materialları istehsal edən müəssisələr, tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir. Aqrar sahədə əldə olunan nailiyyətləri diqqətə çatdıran icra hakimiyyətinin başçısı son 4 ildə taxıl istehsalının 14 min ton artdığını, fındıq bağlarının sahəsinin 5 min hektar artırılaraq 9,9 min hektara çatdırıldığını deyib. Musa Şəkiliyev belə tədbirlərin rayon sahibkarlarının istehsal etdikləri ixracyönümlü məhsulların təşviqinə, xarici bazarlara yol tapmasına öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Ölkələrimiz arasında əlaqələrin hazırki səviyyəsindən məmnunluğunu ifadə edən səfir Hüsnan Bəy Fanani müstəqilliyini bərpa etməsindən qısa müddət keçməsinə baxmayaraq, Azərbaycanın çox böyük sürətlə inkişaf etdiyini, regionun ən güclü dövlətinə çevrildiyini bildirib. Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın perspektivlərinə toxunan İndoneziya səfiri vurğulayıb ki, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının, xüsusilə meyvə-tərəvəzin Sakit Okean ölkələrinə ixrac edilməsi üçün çox yaxşı imkanlar mövcuddur. Qax rayonunun sahibkarları da bu imkanlardan yararlana bilərlər.

Sonra tədbir iştirakçılarına İndoneziyanın iqtisadiyyatı barədə film təqdim olunub, sahibkarların sualları cavablandırılıb.

Qax rayonuna səfər çərçivəsində İndoneziya səfiri fındıq emalı müəssisəsinin fəaliyyəti ilə də tanış olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səhra Aslanı Ömər Muxtar, Faşist İtalyan qüvvələri tərəfindən tutularaq edama aparılması

Redaktor seçimi

SON XƏBƏRLƏR