Slimfit
  1. DÜNYA

İndoneziya prezidenti paytaxtın Kalimantan adasına köçürüləcəyini bildirib

İndoneziya prezidenti paytaxtın Kalimantan adasına köçürüləcəyini bildirib
Sakura

İndoneziya prezidenti paytaxtın Kalimantan adasına köçürüləcəyini bildirib

 

İndoneziyanın paytaxtı Cakartadan Kalimantan adasının cənub-şərq hissəsinə köçürüləcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İndoneziya Prezidenti Coko Vidodo paytaxtın köçürülməsi barədə qərarı milli televiziyanın canlı yayımında elan edib.

Bu məqsədlə 32 milyard dollara yaxın vəsait xərclənəcək, əsas işlərin 2021-ci ildə başlayacağı gözlənilir. Ölkənin Planlaşdırma və Milli İnkişaf naziri Bambanq Broconeqronun sözlərinə görə, hakimiyyət orqanları 2024-cü ilədək hökumət strukturlarını yeni paytaxta köçürməyi planlaşdırırlar.

Kalimantan adası seysmoloji cəhətdən təhlükəsiz rayonda yerləşir. 18 min adadan ibarət İndoneziya arxipelaqının Sakit okeanın odlu halqasında yerləşdiyi nəzərə alınarsa, bu faktor xüsusilə aktualdır. Belə ki, arxipelaqda gün ərzində orta hesabla 5-6 tektonik kataklizm baş verir.

Digər tərəfdən, İndoneziyanın hazırkı paytaxtında şəhər infrastrukturu zəif inkişaf edib. “Uber” kompaniyasının məlumatına görə, avtomobil sürücüləri Cakartada il ərzində 22 günü tıxaclarda keçirirlər. Həmçinin “Inrix” kompaniyasının məruzəsinə əsasən, bu şəhər dünyanın ən yüklənmiş meqapolisləri siyahısında 12-ci yeri tutur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şirvan Bico xalçası, Kanada Tekstil Muzeyinde saxlanılır.

Redaktor seçimi

SON XƏBƏRLƏR