Slimfit
  1. SİYASƏT

İndoneziya COP29-da Yaponiya ilə 50-dən çox layihənin həyata keçirilməsinə dair müqavilə imzalayıb

İndoneziya COP29-da Yaponiya ilə 50-dən çox layihənin həyata keçirilməsinə dair müqavilə imzalayıb
Sakura

İndoneziya COP29-da Yaponiya ilə 50-dən çox layihənin həyata keçirilməsinə dair müqavilə imzalayıb

İndoneziya Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaponiya ilə 10 milyard ABŞ dollarından çox məbləğdə karbon emissiyası kvotaları ticarəti üçün qarşılıqlı tanınma sazişi (MRA) imzalayıb.

“Report” İndoneziya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ətraf mühit naziri və İndoneziya Ekoloji Nəzarət Agentliyinin rəhbəri Hanif Faysol Nurofik bildirib.

"COP29-da İndoneziya nümayəndə heyəti bir sıra strateji tərəfdaşlarla ikitərəfli əməkdaşlıq qurub. İlk dəfə olaraq Birgə Kredit Mexanizmi (JCM) çərçivəsində Yaponiya ilə 50-dən çox layihənin həyata keçirilməsi üçün 10 milyard ABŞ dollarından çox məbləğdə karbon emissiyası kvotalarının ticarəti üzrə saziş imzalanıb", - o bildirib.

H.Nurofikin sözlərinə görə, gələcəkdə karbon kvotaları ticarətində maraqlı olan digər ölkələrlə də oxşar sazişlərin imzalanması üçün səylər göstəriləcək.

Nazir əlavə edib ki, karbon bazarının inkişafı üçün “Gold Standard” və “LEAF Coalition” kimi beynəlxalq təşkilatlarla da razılaşmalar əldə edilib: “İndoneziya karbon ticarəti imkanlarını optimallaşdırmaq və qeyri-effektiv karbon kreditlərinin yaranmasının qarşısını almaq üçün milli nəzarət mexanizmlərini gücləndirmək niyyətindədir”.

H.Nurofik bildirib ki, ölkə hökuməti kömür elektrik stansiyalarından tam imtina etmək niyyətində deyil, lakin onların sayını tədricən azaldacaq:

"Gələcəkdə İndoneziya ümumi gücü 103 QVt olan elektrik stansiyalarının tikintisini planlaşdırır. Bunun da 75 %-i külək, hidroelektrik, geotermal stansiyalar və s. daxil olmaqla bərpa olunan enerji mənbələri ilə işləyəcək. Həmçinin atom enerjisinin inkişafı və 700 giqaton karbon qazını uda bilən karbon tutma və saxlama sistemlərinin (CCS) tətbiqi planlaşdırılır".

 

Onun sözlərinə görə, İndoneziya, həmçinin genişmiqyaslı meşə bərpası aparmaq və sosial meşə təsərrüfatını inkişaf etdirmək niyyətindədir: "12,7 milyon hektar kritik əhəmiyyətli torpağın bərpası planlaşdırılır. Bu siyasət və proqramlar İndoneziyada istixana qazı emissiyalarının azaldılmasında və karbonun udulmasının artırılmasında əsas rol oynayacaq".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Florida, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR