Slimfit
  1. DÜNYA

İndoneziya

İndoneziya
Sakura

İndoneziya

İndoneziya (ind. Indonesia) — Cənub-Şərqi Asiyada ən böyük dövlət. Rəsmi adı İndoneziya Respublikası (ind.Republik Indonesia). Dünyada sahəsinə görə 16-cı yerdədir. Ən böyük adalar dövlətidir, Zond arxipelağında yerləşir. Əhali sayına görə dünyada Çin Xalq Respublikası, Hindistan və Amerika Birləşmiş Ştatlarından sonra dördüncü yeri tutur. Zəngin və mürəkkəb tarixi vardır. Ölkənin paytaxtı Yava adasındakı Cakarta şəhəridir. Sərhəd qonşuları Papua Yeni Qvineya, Şərqi Timor və Malayziyadır. Digər qonşu ölkələr Sinqapur, Filippin, Avstraliya, Andaman və Nikobar adalarıdır.

Coğrafiya

İndoneziya – dünyada ən böyük arxipelaqdır. Rəsmən statistikaya görə arxipelaq 17,804 adadan ibarətdir, onlardan 7,870 – adlı, 9,634 – adsız, 6000-də əhalisi var: 5 əsas və 30 kiçik arxipelaqlarda yerləşənlər adalar.

Papua adasında yerləşən, 4,884 metr hündürlüyü olan Pancak Caya zirvəsi ölkənin ən hündür yeri, Sumatraadasında yerləşən Toba gölü isə sahəsinə görə (1,145 kv.m) İndoneziyanın ən böyük gölüdür. Ən uzun çayı isə Kalimantan adasında olan Mahakam və Barito çaylarıdır.

İndoneziya tektonik cəhətdən fəal ərazidə yerləşdiyinə görə, ərazisində Krakatua və Tambora vulkanları da daxil olmaqla, 150-dən çox aktiv vulkan var.

Tarixi

İndoneziya ərazisində Aşağı, Yuxarı Paleolit və Mezolit dövrlərinə aid abidələr aşkar edilmişdir. II – V əsrdən başlayaraq İndoneziyada məhsuldar qüvvələr inkişaf etməyə Tarum, Kalinq, Malayya, Şirvicayya kimi erkən dövlətlər formalaşmağa başladı. XIII əsrdə arxipelaqın əksər hissəsini əhatə edən böyük imperiya möhkəmləndi, Yavadakı, Macapani dövləti ilə birləşdi, lakin XVI əsrdə İndoneziya müsəlman sülalələrinin başçılıq etdiyi kiçik dövlətlərə bölündü. Avropalılar isə İndoneziyanı XIX əsrin sonu- XX əsrin əvvəllərində, demək olar ki, işğal etdilər. 1941-1942-ci illərdə İndoneziyanı Yaponlar işğal etdi. 1945-ci il avqustun 17-də İndoneziya müstəqillik əldə etdi, unitar İndoneziya Respublikası elan olundu.

Mədəniyyəti

İndoneziya aqrar ölkə idi, 1940-ci ildə aparılan hesablamalara görə əhalinin yalnız 6%-i savadlı idi. Yalnız 1961-ci ildən etibarən ibtidai təhsil məcburi oldu. 1977-ci ildə ölkədə 28 dövlət universiteti, 23 özəl universitet fəaliyyət göstərirdi. Məsələn, Cakarta şəhərində İndoneziya Universiteti, Cokyakartada Qaca – Mada Universitetləri, Banqdunda Pacacaran Universiteti, Texnoloji Universitetlər fəaliyyət göstərir. Ölkədə həmçinin böyük mədəniyyət və incəsənət mərkəzləri də mövcuddur: Boqorda təbiət elmləri kitabxanası, Cakartada Parlament kitabxanası, Mədəniyət muzeyi, Zoologiya muzeyi (Cakartada) və s.

Mətbuat

İndoneziyada 100-dən çox gündəlik qəzet çıxır. İndoneziya dilində "Merdeka", "Sinar xarapan", "Kompas", "Anqkatan bersencata", "Brita Buana", "Suara Kaya", "Pelita", ingilis dilində "İndonezian observer" (1950) və başqa adda qəzetlər nəşr edilir. Cakartada həmçinin dövlət radio və televiziya şirkətləri də fəaliyyət göstərir.

Ədəbiyyat

İndoneziya ərazisində VII əsrin sonu- VIII əsrin əvvəllərinə aid olan daş kitabələr, yazılı abidələr mövcuddur. Bu kitabələr, əsasən, Malayya və Yava dillərində yazılmışdır. Yava dilində ədəbiyyat da IX-XI əsrlərdə daha yüksək şəkildə inkişaf etmişdir. "Ramyana" (Hind şairi Bhattinin "Ravana vadha" eposu əsasında), "Arcunanın toyu" poemalarını misal gətirmək olar. Bu dövrdə İndoneziyada ədəbiyyatın inkişafına Hind ədəbiyyatı güclü təsir göstərmişdir. Lakin bununla belə mifologiyaya əsaslanan və tarixi inkişafı əks etdirən əsərlər də yazılmışdır. Məsələn, "Tantu Pangelaran", "Pararaton" kimi mifologiyaya istinad edən nəsr əsərlərini, Prapançanın "Naqarakertaqama" poemasını göstərmək olar. Həmzah Fansuri, Nurəddin ər – Raniri, Əbd ür – Rauf və başqalarının tarixi, didaktik və islamın təbliğinə xidmət edən əsərləri meydana gəldi. Ədəbi dil inkişaf etməyə başladı. Bu işdə Abdullah bin Əbdülqadir Münşinin rolu daha böyük olmuşdur. Onun əsərləri o dövr üçün ədəbi dil nümunələrinə çevrilmişdir.

XVI – XVIII əsrlərdə yaşayıb yaratmış ədiblərin əsərlərində maarifçilik ideyaları da təbliğ edilirdi. Məhəmməd Musa, Viləm İsgəndər Mud və başqalarının yaradıcılığında bu daha qabarıq verilmişdir. Bu dövrdə həm də İndoneziya dili də dövlət dili kimi formalaşdı. XIX əsrin sonu XX əsrin əvvəllərində daha zəngin və ziddiyyətli əsərlər yazılmağa başladı. M.Rusei, Nur Sultan İsgəndər məişət romanları, S.T.Əlişahbana maarifçi romanlar, R.Əfəndi və M.Yəmin vətənpərvər ruhlu şerlər yazdılar. Əbd ül– Muis, Asmar Hadi və başqalarının yaradıcılığında müstəmləkəçiliyə qarşı mübarizə mövzusu əsas yer tuturdu. 30-cu illərin sonunda Armayn Pane, X.B.Yasin, X.Bandaharonun əsərlərində realist ideyalar daha üstünlük təşkil edirdi. İndoneziyada mütərəqqi ədəbiyyat ancaq o müstəqillik qazandıqdan sonra daha yüksək şəkildə inkişaf etməyə başladı.

Musiqi

İndoneziyada xalq musiqisi yüksək professionallıqla inkişaf etmişdi. Slendro (pentatonika növü) və peloq (tonları qeyri – bərabər olan 7 pərdəli lad) İndoneziya musiqisinin lad əsasını təşkil edir. İnkişaf etmiş heterofoniya və çoxsəslilik İndoneziya musiqisinin xarakterik cəhətlərindəndir. Orta əsrlərdə mövcud olan qamilan xalq çalğı alətləri orkestri İndoneziyanın klassik musiqisinin yüksək nümunəsidir.

Musiqi alətlərindən bonanq, qambanq, gendanq, müxtəlif sinclər (zərb alətləri), sulinq (nəfəs aləti) geniş yayılmışdır. İndoneziyanın professional musiqisinə XX əsrdə Avropanın dini musiqisinin (Qriqori xorları) müəyyən dərəcədə təsiri olmuşdur. Ölkədə respublika yarandıqdan sonra bir sıra həvəskar və professional musiqi kollektivləri, Cokyakarta, Cakarta radioları nəzdində kamera orkestrləri yaradılmışdır. Surakarta şəhərində konservatoriya və İndoneziyada klassik musiqi məktəbi açılmışdır. Həmin dövrdə Sucasmina, A.Pasaribu, Susbini kimi məşhur bəstəkarlar fəaliyyət göstərmişlər.

Dini vəziyyət

İndoneziya əhalisinin böyük əksəriyyəti (87,5 %) müsəlmanlardır. Müsəlmanlar əsasən sünniliyin şafii məzhəbinə etiqad edirlər. Şiələr Hindistan və Pakistandangələnlərin bir hissəsidir. İslam indoneziyanın yerli xalqları arasında çox geniş yayılıbl. Xristianlar əhalinin 7 faizini təşkil edir. Protestantlar (6 mln. nəfər), katoliklər (3 mln. yaxın), eyni zamanda bir sıra müstəqil kilsələr mövcuddur: Xristian batak protestant kilsəsi (1 mln-dan artıq), Timor kilsəsi (650 min nəfər), Maluku protestant kilsəsi (275 min nəfər), minaxasların xristian evanqelist kilsəsi (500 min nəfər) və başqaları.

İndoneziyada induizm dini faktiki olaraq islam tərəfindən sıxışdırılmışdır. Burada əhalinin çox az hissəsi (2%) induizmə ibadət edir. Buddizm isə əvvəllər Sumatra adasında geniş yayılmışdı. Zaman keçdikcə islam dini daha üstün mövqeyə çıxır və buddistlərin sayı tədricən azalmağa başlayır. Ölkədəki çinlilər konfusialıq və daosizmə etiqad edirlər. Bununla yanaşı burada az sayda iudaistlər də vardır. Bir sıra rayonlarda əhali arasında qəbilə inancları qorunub saxlanılmaqdadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR