Slimfit
  1. AZƏRBAYCAN

İndi agentliyə tapşırıq verəcəyəm... - İlham Əliyev

İndi agentliyə tapşırıq verəcəyəm... - İlham Əliyev
Sakura

İndi agentliyə tapşırıq verəcəyəm... - İlham Əliyev

Qazax rayonunda elektrik enerjisi ilə bağlı problem yoxdur, 100 faiz təmin olunub. Qazlaşdırma ilə bağlı da problem yoxdur. Qazax rayonu qazla 100 faiz təmin edilib.

Axar.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazax rayon ictimaiyyətinin bir qrupu və əhəng zavodunun kollektivi ilə görüşündə bildirib.

"Bu gün Qazaxda yolların 85 faizi təmirlidir. Əgər bu sahələrdə problem olsaydı, heç bir sahibkar buraya gəlib pul qoymazdı, o cümlədən də siz. Başqa yer tapardınız, gedərdiniz başqa ölkələrə, harada ki, bu infrastruktur var. Ona görə bunu biz yaratmışıq ki, insanlar yaxşı, rahat yaşasınlar və sahibkarlar vəsait qoysunlar. İcra başçısı mənə deyir ki, Daş Salahlı kəndində üç böyük müəssisə var. Bu müəssisələrdə 1300 adam işləyir. Kəndin əhalisinin sayı 10 mindir, 1300-ü burada işləyir. Bax, budur bizim gördüyümüz işlər və sahibkarların gördüyü işlər. Ona görə sahibkarlara mərkəzi dövlət orqanları, yerli icra orqanları daim dəstək göstərməlidirlər. Onların problemləri həll olunmalıdır. Mənə indi məlumat verilir ki, biz yeni yol çəkmişik, amma bu yük maşınları o yolu dağıda bilər. Yük maşınları üçün alternativ yol çəkilməlidir. İndi mən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə tapşırıq verəcəyəm, məni eşidirlər. İki kilometr uzunluğunda yeni yolun çəkilişi təmin edilməlidir ki, kənd yolu belə normal qalsın və deformasiyaya uğramasın", - dövlət başçısı qeyd edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ilk saç feni

Redaktor seçimi

SON XƏBƏRLƏR