Komanda, protorip, dizayn – heç nə yox idi
Ens.az xəbər verir ki, keçmiş Apple top meneceri və iPod istehsalçısı Toni Fadell, pleyerin hazırlanması üçün 11 ayın lazım olduğunu söylədi.
Fadell Apple-a 2001-ci ildə qoşulub. O zaman şirkət, artıq sərt diski olan pleyeri buraxmaq istədi, amma istəkdən başqa onun heç bir şeyi yox idi.
Fadell deyir ki, komanda, protorip, dizayn – heç nə yox idi.
Fadellin gəlişindən sonra, sonradan iPod adlanan P68 Dulcimer layihəsi sürətlə inkişaf etməyə başladı.
Apple şirkətinin 2001-ci ildəki fəaliyyəti təsir edicidir. Lakin, bizim dövrümüzdə Apple belə qısa müddətdə yeni bir cihaz yarada və istehsalını təşkil etməsini çətin ki, bacarardı.
Şirkət daha çox böyüdü, müştərilərin sayı da xeyli artdı, texnologiya isə çətinləşdi.
İndi Apple orta hesabla 2-3 il bir qurğunu hazırlamağa və yeniləməyə sərf edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət