Slimfit
  1. MARAQLI

İnanılmaz: Vampirlər gerçək imiş? – İlginc faktlar

İnanılmaz: Vampirlər gerçək imiş? – İlginc faktlar
Sakura

İnanılmaz: Vampirlər gerçək imiş? – İlginc faktlar

1990-cı ildə ABŞ-da tapılan bir skeletin yenidən analiz edilməsindən sonra bunun bir vampirə məxsusluğu məlum olub.

Teleqraf.com xəbər verir ki, bu günədək realda var olub-olmadığı müzakirə edilən vampirlərlə bağlı son araşdırma bu əfsanəvi varlıqların mövcud olması ehtimalını gücləndirib.

Araşdırmaçılar 1900-cü illərin əvvəllərində vəfat edən bir şəxsin vampir ola biləcəyini açıqlayıb.
İlk dəfə 1990-cı ildə aşkar olunan skelet üzərində araşdırma aparan elm adamları bunun Con Barber adlı bir fermerə məxsus olduğunu açıqlamışdı. İddiaya görə, Barber yoxsul bir kəndli olub və o dövrdə ölümcül olan vərəmdən həyatını itirib.

Tabutu mıxlanmış, qolları çarpaz qoyulmuşdu

Normal vəziyyətlərdə bir məzar elm adamları üçün diqqət çəkən deyil. Lakin Barberin məzarının qəribə quruluşu vardı. Cəsəd tabutun içində idi, sanki bu cansız bədənin tabutun içindən çıxmasına imkan verməmək üçün qapağı mıxlarla bərkişdilmişdi. Məsələnin qəribə tərəfi bu deyildi. Belə ki, Con Barber öldükdən sonra kəlləsi bədənindən ayrılmış, qolları çarpaq formada qoyulmuşdu.

Bu, XVIII-XIX əsrlərdə məşhurlaşmış bir ritual idi. Yerli xalqlar vampir olduğuna inandığı insanları bu formada dəfn edirdi. Çünki o dövrlərdə vampirlərin ölümsüz olduğuna və uzun illərdən sonra yenidən geri qayıdacağına inanılırdı.

O dönəmdə bu sirr açıla bilməzdi, çünki…

Cəsədin tapıldığı illərdə aparılan araşdırmalar texniki çatışmazlıq səbəbindən nəticə vermədi. Buna görə də amerikalı elm adamı Cennifer Higginbotam skeleti yenidən analiz etdi və əldə etdiyi məlumatları yayımladı. Higginbotam o dövrdə yaşayan insanların Con Barberin vampir olduğuna inandığına dair sübutlar əldə etdiyini bildirib.

Məzar dəfələrlə açıldı

Məzarın yerləşdiyi Konnektikut ştatında araşdırma aparan arxeoloq Nikolas Bellantoni məsələ ilə əlaqədar verdiyi açıqlamada bu məzarın dəfələrlə açıldığını və içindəki cəsədin orada olub-olmadığının yoxlanıldığını deyib. Bellantoniyə görə, bu, vampirlərin ölümsüz olması inancından irəli gəlirdi.

Elm adamları skelet üzərindəki araşdırmaları davam etdirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR