Slimfit
  1. TEXNOLOGİYA

İnanılmaz proqnozlar: Gələn il Apple Tesla'nı alacaq, Netflix isə öləcək

İnanılmaz proqnozlar: Gələn il Apple Tesla'nı alacaq, Netflix isə öləcək
Sakura

İnanılmaz proqnozlar: Gələn il Apple Tesla'nı alacaq, Netflix isə öləcək

Danimarkanın investisiya bankı olan Saxo Bank 2019-cu il üçün inanılmaz proqnozlar irəli sürüb. Onların arasında gələn ildə Netflix-in çöküşü və Apple şirkətinin Tesla-nı alması var. Beləliklə bankın proqnozlarına əsasən bu iki ehtimalın baş verməsində əsas səbəb şirkətlərin maliyyə problemləri olacaq. Netflix platforması General Electric texnoloji şirkətin kredit bazarlarındakı nüfuzunun aşağı düşməsi hesabına milyardlarla dollar borcun içində batacaq. Bu isə öz növbəsində yüksək miqdarda borclar səbəbilə investorlarda panikanın yaranmasına gətirib çıxaracaq.

    Nəzərə alsaq ki, şirkət hal hazırda 10 milyard dollarlıq borca sahibdir, investorlar öz vəsaitlərini aktiv şəkildə çıxardacaqlar. Bunun nəticəsində Netflix-də kontentlərin yaradılması dayanacaq, şirkət səhmləri aşağı düşəcək və Netflix öləcək. Bankın Apple ilə Tesla barəsində olan proqnozları daha realistik görünür. Bütün bu il ərzində elektromobil istehsalçısı olan Tesla maliyyə çatışmazlığı səbəbilə böyük problemlər yaşayıb. Bankın proqnozlarına əsasən 2019-cu ildə vəziyyət heç də dəyişməyəcək, elektromobil istehsalatında problemlər yaranacaq və şirkətin səhm qiymətləri aşağı düşəcək.

    Həmin vaxtda uzun müddətdir ki, özünün Apple CarPlay-ni yaratmağı arzu edən Apple şirkəti Tesla-nın səhmlərini ucuz qiymətə almağa başlayacaq və beləliklə şirkəti tamamilə öz hesabına keçirdəcək. Bankın mütəxəssislərinin fikrincə bu cür ehtimal hər iki şirlət üçün yaxşı olacaq. Belə ki, bu halda Apple şirkəti özünün iddialı layihəsinin reallaşdırılması üçün Tesla mütəxəssislərini özünə cəlb etməkdən vaz keçəcək, Tesla isə lazımi maliyyələşdirməni əldə edərək Avropada və Çində zavodlar tikə biləcək. Bankın təmsilçiləri qeyd ediblər ki, onların proqnozları rəsmi deyil və onlar sadəcə olaraq “hər şeyin sərhədinin olması”-nı dünyaya göstərmək üçün bu proqnozları tərtib ediblər. Lakin buna baxmayaraq qeyd etmək lazımdır ki, Saxo Bank-ın proqnozları son 16 ildə həqiqətə çevrilir. Belə ki, keçən il bank bitcoinin çöküşünü proqnoz vermişdi.

 

Mənbə: Businessinsider.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR