Dərc edildi: Baxış sayı: 711
İnanilmaz: Evində saxlayır, süd verir və...
Türkiyənin Gümüşhane ərazisində maraqlı hadisə yaşanıb.
Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaşar Kılıç adlı fermerin inəyi vaxtından əvvəl bala verib. Bala tez doğulduğu üçün çox zəif olub. Bunu görən fermer balanı evində saxlamaq qərarına gəlib.
"Digər heyvanların yanında qalsaydı, ölə bilərdi. Ona görə onu evimdə saxlayıram. Hazır süd verirəm. İndiyə qədər ölməməsi möcüzədir, bu bizə allahın hədiyyəsidir" - deyə fermer jurnalistlərə açıqlama verib.
Qeyd edək ki, fermer heyvana "Diriliş" adını verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət