Dərc edildi: Baxış sayı: 565
İnam Kərimov kənd təsərrüfatına dəyən ziyanın sığortasından danışdı
Son günlər qeydə alınan leysan yağışlar və dolu düşməsinin kənd təsərrüfatı məhsuldarlığına mənfi təsir göstərməsi mümkündür.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Kənd Təsərrüfatı naziri İnam Kərimov deyib.
Onun sözlərinə görə, hazırda Milli Məclisdə İlham Əliyevin təqdimatı əsasında Aqrar Sığorta haqqında Qanun müzakirə olunur.
“Yəqin ki, tezliklə bu qanun qəbul olunacaq və aqrar sahədə baş verən bu kimi hallarda dəymiş ziyanın ödənilməsi mexanizmi hazırlanacaq və fermerlər bu aqrar sığorta qanunvericiliyinin yaratdığı imkanlardan yararlanaraq belə hallarda dəymiş ziyanı tam aradan qaldıra biləcəklər”, - nazir bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət