Dərc edildi: Baxış sayı: 903
İmtahan nəzarətçilərindən COVID pasportu tələb olunacaq - RƏSMİ
“İmtahana kənardan çağırılacaq nəzarətçilərdən COVID pasportu tələb olunacaq”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.
O bildirib ki, DİM-in imtahanlarında iştirak edən işçilərindən 68 nəfər koronavirusa yoluxub sağalıb.
“Bir nəfər vəfat edib. Digər işçilərimiz peyvənd olunub. İmtahanlarda iştirak edəcək abituriyentlər 18 yaşdan kiçik olduğu və onlar peyvənd olunmadığı üçün COVID pasportu verilmir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət