Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İmmuniteti gücləndirən qidalar - Dietoloq tövsiyəsi

İmmuniteti gücləndirən qidalar - Dietoloq tövsiyəsi
Sakura

Xüsusilə qış aylarında arıqlamısınızsa...

Dietoloqlar özəlliklə qış aylarında arıqlayan adamların immunitet sistemini gücləndirməsi üçün meyvə yeməyin əsas şərt olduğunu deyir. Onlar meyvələrin zəngin vitamin və mineral mənbəyi olduğunu deyir və gün ərzində 2-3 dəfə meyvə yeməyi məsləhət görürlər.

Dietoloqlar meyvələri rənglərə ayıraraq onların faydalarından bəhs ediblər.

AzNews.az həmin meyvələri təqdim edir.

Narıncı meyvələr

Portağal, mandarin, greypfruit kimi narıncı meyvələr güclü “C” vitamin qaynağıdır. Bu meyvələr bədəndəki toksinləri ataraq, immun sisteminin yüksəlməyinə səbəb olur. 

Sarı meyvələr

Sarı meyvələrdən olan banan, heyva bədənə gümrahlıq verir və yorğunluq hissini azaldır. Tərkibindəki antioksidantlar bədən müqavimətini artırar.

Yaşıl meyvələr

Yaşıl meyvələrə ən yaxşı örnək kivi ola bilər. Portağal və mandarindən daha çox “С” vitamini deposu olan kivi imun sistemini artıraraq daha gümrah olmağınıza səbəb olar.

Qırmızı meyvələr

Nar, üzüm kimi qırmızı meyvələr güclü antioksidant tərkiblidir. Bu meyvələri yeyərək bir çox xəstəliklərdən qoruna bilərsiniz. 
Dietoloqlar özəlliklə tərkibində “C” vitamini olan meyvələrin gün ərzində iki porsiya yeyilməyinin xeyirdən çox zərər olduğunu deyir. Yetkin bir şəxsin gündəlik qəbul etməli olduğu “C” vitamin 75mg-dır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR