Dərc edildi: Baxış sayı: 477
İMF: 2019-cu ildə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 6,7 mlrd. dollara çatacaq
2018-ci ildə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları artaraq 6,2 mlrd. dollar olacaq.
“Report"un verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) “Qafqaz və Mərkəzi Asiya üzrə regional iqtisadi proqnoz” adlı hesabatında öz əksini tapıb.
İMF-nin hesablamalarına görə, gələn il isə AMB-nin valyuta ehtiyatları 6,7 mlrd. ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, İMF 2018-ci ildə Azərbaycanda geniş mənada pul kütləsinin 5,7%, 2019-cu ildə isə 7,3% artacağını proqnozlaşdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət