İmamoğlu prezident olmağa hazırlaşır? - Müşaviri danışdı
Əkrəm İmamoğlunun prezident seçkilərinə qatılmaqla bağlı planı yoxdur. O düşünür ki, siyasətdə plan quraraq bir yerə gəlmək olmaz.
Bu sözləri Axar.az-a açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun müşaviri Murad Ongun deyib.
Onun sözlərinə görə, İmamoğlu yalnız xalq tələb etdiyi təqdirdə bu haqda düşünə bilər:
“Əkrəm İmamoğlunun xalq arasında ciddi nüfuzu var və önəmli bir seçkidə böyük uğur qazanıb. Onun haqqında bu kimi iddiaların səsləndirilməsi təbiidir”.
Qeyd edək ki, Türkiyənin “Hürriyyət” qəzetinin yazarı Əbdülqadir Səlvi İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun 2023-cü ildə prezidentliyə namizədliyini irəli sürməyi planlaşdırdığını iddia edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət