Slimfit
  1. MƏDƏNİYYƏT

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Fransada sərgi keçirildi

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Fransada sərgi keçirildi
Sakura

İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Fransada sərgi keçirildi

Tədbiri ADFA-nın prezidenti Günel Səfərova qonaqları salamlayaraq açıb

Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) təşkilatçılığı Azərbaycan Respublikasının Fransadakı Səfirliyi və "Oriental Fashion Show"un dəstəyi ilə Səfirliyin Mədəniyyət Mərkəzində rəssam Ali Seyranın “Azərbaycan miniatürları” adlı sərgisi keçirilib.

AzNews.az xəbər verir ki, tədbiri ADFA-nın prezidenti Günel Səfərova qonaqları salamlayaraq açıb və ilk olaraq tədbirin ərsəyə gəlməsində Azərbaycan Respublikasının Fransadakı Səfiri cənab Rəhman Mustafayeva və ADFA-nın vitse-prezidenti Aytən Muradovaya təşəkkürünü bildirib.

G. Səfərova daha sonra Səfirliyin Mədəniyyət Mərkəzinin yerləşdiyi binanın tarixi abidələr siyahısına daxil olmasından, Azərbaycan dövlətinin Fransada tarixi abidələrin qorunması və restavrasiyası barədə gördüyü işlərdən bəhs edib.

Çıxışın sonunda rəssam Ali Seyranın yaradıcılığı və sərgidə nümayiş olunan əsərlər təqdim edilib. Ali Seyran öz növbəsində İmadəddin Nəsiminin şeirlərindən ilhamlandığını və miniatürlarda sufilik, dərviş həyatı, eyni zamanda ov və müharibə səhnələrini canlandırdığını qeyd edib.

Sərgidə iştirak edən qonaqlar sırasında Fransanın ən məşhur muzeylərindən olan Musée du Quai Branly idarə heyətinin üzvü (Mahjoub Berreguig) Mahcub Berqiq, hərbi və dövlət xadimi General Şarl dö Qollun (Charles de Gaulle) qardaşının nəvəsi, diplomat və fotoqraf Loran dö Qoll (Laurent de Gaulle), Lev Tolstoyun və Konstantin Stanislavskinin nəvəsi, rejissor, ssenarist və prodüser Maksim Marduxayev, APTAGAP Yeni Texnologiyaların Təşviqi Birliyi və AMSA Mədəniyyətlərarası mübadilə Assosiasiyasının prezidenti Aleksandr Buasson, "Al Sharkiah" jurnalının moda redaktoru və stilisti Suna Moya, fransız jurnalistlər və digər sənətsevərlər olub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR